Avropa Liqasınını qrup mərhələsinin V turundan sonra ən çox dəqiq ötürmə edən futbolçuların siyahısı açıqlanıb.
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qrup mərhələsinin V turundan sonra ikinci pillədə yer alan "Qarabağ”ın futbolçusu Riçard Almeyda bu dəfə geriləyib."Sambaçı” bu dəfə 4-cü pillədə qərarlaşıb. Almeydanın 378 ötürməsinin 87 %-i ümumilikdə isə 329-u dəqiq alınıb.
Birinci pillədə isə "Napoli”nin futbolçusu Mirko Valdifiori qərarlaşıb. İtalyan yarımmüdafiəçi 393 ötürmədən 354-nü dəqiq etməyi bacarıb.