"Yaxşı komandanız var. Əsl futbol oynamağı xoşlayırlar”.
Newsport.az saytına açıqlamasında bu sözlər bu sözləri "Tottenhem”in futbolçusu Tobi Alderveyreld deyib.
Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ”la görüşən London klubu 1:0 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazandı. Oyundan sonra "Hotspur”un belçikalı müdafiəçisi matçla bağlı fikirlərini bildirib:
"Bakıda qələbə qazanmaq asan olmadı. Ümumiyyətlə, Avropa Liqasında asan oyun olmur. Ona görə də bütün oyunlara ciddi yanaşırıq. Digər tərəfdən, oyunda, xüsusən də ikinci hissədə dominantlıq etdik. Yaxşı imkanlarımız oldu. Rəqibə də çox fürsət vermədik. Bir sözlə, layiqli qələbə qazandıq”.
T.Alderveyreld məğlub etdikləri "Qarabağ”ın növbəti mərhələ şansları haqda da danışıb. O, Ağdam klubunun sevinməs üçün lazım olan "Monako” üzərində qələbə qazanılacağı ilə bağlı suala belə cavab verib: "Hər oyuna qələbə üçün çıxırıq. Hansı heyətlə və hansı futbolçularla oynamağımızdan asılı olmayaraq. O üzdən "Monako” ilə son matçda da hədəf 3 xal olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. "Qarabağ”ın "Anderlext”lə oyunu barədə isə heç nə deyə bilmərəm”.
Sonda 26 yaşlı futbolçu ilk hissənin sonlarında yaşanan hadisəyə də münasibətini bildirib. Belə ki, oyunun 42ci dəqiqəsində "Tottenhem”in hücumu zamanı "Qarabağ”ın üzvü Raydell Pupon yerdə qalıb. Referi isə oyunun davamına işarə verib və ingilislər hücuma davam edib. Tobi olaylı belə izah edib: "Qaydalar fitə qədər oynamağı tələb edir. Hakim də matçı saxlamadığından futbolçularımız oyunu davam etdirdi. Yəni burda ciddi problem görmürəm”.