"Çox gərgin matç oldu. Elə bir komandaya qarşı oynayırdıq ki, çox çətin rəqib idi. Rəqibin gücünə baxmayaraq öz meydanımızda, azarkeşlərimiz qarşısında baxımlı futbol oynadıq.”
Newsport.az-ın məlumatına görə, bu sölər "Qarabağ”ın futbolçusu Əfran İsmayılova mıəxsusdur.
Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda "Tottenhem”ə (0-1) hesabı ilə məğlub olan Ağdam klubunun futbolçusu fikirlərini belə izah edib:
"Meydanda tam gücümüz və car qüvvəmiz ilə oynadıq. Ancaq sonda standart vəityyətdən qol buraxdıq. Futbolda belə şeylər normal qarşılanamlıdır. Çox istəyirik ki, sonda qrupdan çıxaq tərəf biz olaq. Kağız üzərində olsa da şanslarımız var. Xal ehtiyatımızı artırmaq üçün əlimidən gələni etməyə çalıacağıq.”
İsmayılov , qol epizodu haqqında da danışıb: "Oyundankənarı deyə bilmərəm, ancaq rəqibin fərqləndiyi epizod gözümün qabağında oldu. Rəşad topu vurdu, rəqibə dəyib çıxmışdı, ancaq hakim künc nöqtəni göstərdi. Onun da nəticəsi qol oldu ”.