“Tottenhem”in baş məşqçisi üzr istədi: “Razı qalmadım”

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ”ın qonağı olan "Tottenhem” 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin etdi.

Newsport.az-ın məlumatına görə, London klubu son turdakı nəticədən asılı olmayaraq 1/16 finala vəsiqə qazandı. 
 
Görüşdən sonra isə qonaqların baş məşqçisi Maurisio Poçettino mətbuat konfransı keçirib. Argentinalı mütəxəssis əvvəlcə oyunla bağlı ümumi fikirlərini bildirib:
 
- Çətin oyun oldu. "Qarabağ” çox güclü komandadı. İlk dəfədi evdə uduzur. Komandamın çıxışından razı qaldım. Yaxşı mübarizə oldu. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtəm.
 
- Bazar günü "Çelsi”yə qarşı oynayacaqsız. Çətin olmayacaq?
- Komandam Londona yaxşı əhval-ruhiyyədə qayıdacaq. Bəlkə fiziki cəhətdən istədiyimiz formada olmayacağıq. Amma tibbi heyət yol boyu futbolçuların durumunu qaydasına salmağa çalışacaq.
 
- "Monako” ilə görüşə ehtiyat qüvvəni buraxacaqsız?
- Bizim üçün bütün oyunlar önəmlidi və "Monako” önünə qələbə üçün çıxacağıq.
 
- Harri Keynin "Çelsi”yə keçidi gündəmdədi...
- Bu cür şayiələrin olması normaldı. Keyn komandamızda xoşbəxtdi. Bundan sonra da bizim əsas oyunçumuz olacaq.
 
- İlk yarıda epizodların birində Pupon zədələnsə də, futbolçularınız topu kənara vurmadı. Buna münasibətiniz necədi?
- Təbii ki, mən də buna üzülürəm. Razı qalmadım. Futbolçunun yerdə qaldığı epizodda topu kənara atmaq mümkün deyildi. Mən yenə də təəssüf hissi keçirirəm. Üzr istəyirəm. Amma hakim də müdaxilə edə bilərdi. Əlavə edim ki, azarkeşlərin davranışı bizim üçün müsbət mənada sürpriz oldu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right