Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də qrupdakı növbəti oyununa çıxacaq.
Bölgə klubu səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. Roman Qriqorçukun çalışdırdığı təmsilçimiz qrupdan çıxmaq şansını saxlamaq üçün, çətin səfər oyunundan mütləq qələbə ilə ayrılmalıdır.
Bu gün "C" qrupunda daha bir görüş baş tutacaq. Rusiya "Krasnodar"u doğma meydanda Dortmund "Borussiya"sını (Almaniya) qəbul edəcək.
UEFA Avropa Liqası
"C" qrupu
5-ci tur
26 noyabr
00:05. PAOK - “Qəbələ” 0-0
Baş hakim: Yakob Kehlet (Danimarka).
Salonika. "Tumba" stadionu.