“Qarabağ” məğlub oldu YENİLƏNİB

Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da növbəti oyununa çıxır.

Ağdam klubu doğma meydanda İngiltərə "Tottenhem"i ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını yaxşılaşdırmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.

Bu gün "J" qrupunda daha bir oyun baş tutacaq. Belçika "Anderlext"i səfərdə Fransa "Monako"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
"J" qrupu
5-ci tur
26 noyabr

22:00. "Qarabağ" - "Tottenhem" 0-1

Qol: Harri Keyn 79.
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right