Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ”ni qəbul edəcək PAOK-un hansı heyətlə oynayacağı dəqiqləşib.
Newsport.az Yunanıstan mətbuatına istinədən xəbər verir ki, baş məşqçi İqor Tudor komandasının heyətində son oyunla müqayisədə 4 dəyişiklik edəcək.
Yunanıstan Super Liqasının 11-ci turunda evdə "Panetolikos”la bacarmayan (0:0) və daxili birincilikdə artıq 3 oyundu 3 xala həsrət qalan Saloniki təmsilçisi 3-5-2 taktiki sxemiylə oynayacaq. Hər halda bunu yunan həmkarlarımız yazıb. Onların iddiasına görə, start "11-lik” belə olacaq: Qlikos, Malezas, Skondras, Tsavellas, Kitsiu, Sabo, Tsiolis, Rodriges, Pelkas (Mistakidis), Jayro, Berbatov.