"Kənardan komanda haqqında çox şeylər deyilir, çox şeylər yazılır. Amma durumun belə olmadığını göstərəcəyik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri PAOK-un qapıçısı Panayotis Qlikos deyib.
Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ”ni qəbul edəcək Yunanıstan klubunun 29 yaşlı qolkiperi matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. Bugünkü oyunda qapıda dayanacağı ehtimal edilən Qlikos yeni başlanğıcdan danışıb:
"Bütün tənqidlərə meydanda cavab verəcəyik. Ən qısa zamanda yenidən uğurlu qrafik yaxalamaq istəyirik. Bu, sadəcə, zaman məsələsidir. Artıq sabahdan (bu gündən – red.) yeni başlanğıcın əsasını qoymaq istəyirik”.
Yunan qapıçı potensillarının qələbəyə imkan verdiyini deyib: "Qrupumuz çətin idi. Ona görə də sona qədər mübarizə aparmaq lazım gələcək. Potensilımız bu oyunda qələbə qazanıb mübarizəni davam etdirməyə imkan verir. Qələbə qazansaq, psixologiyamız da dəyişəcək. Bu, növbəti oyunlarımıza da təsir edəcək”.