"Qrupdan çıxmaq şansı son oyuna qalsa..."- Qriqorçuk

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" sabah qrup mərhələsinin son səfər matçında PAOK-un qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan öncə təşkil olunmuş mətbuat konfransında çıxış edən təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb.

- "Krasnodar"la səfər matçında da yağış yağmışdı. Bu gün də Salonikidə yağışlı hava şəraiti hökm sürür. Bu, sizi narahat etmir? 
- Məni ən az narahat edən yağışısın yağmasıdı. Sabahkı proqnozda da havanın isti olacağı deyilir. 

- Komandanın hazırda nə problemləri var?
- Dododan başqa hamı məşq edir. Zədəli futbolçular 2-3 həftəlik fasilədən sonra komanda ilə məşqlərə başlayıb. Buna baxmayaraq, risk edib onlardan start heyətində yararlana bilərik. 

- Yunan təmsilçiləri ilə görüşlərdə "Qəbələ"nin məğlubiyyəti yoxdu. Bu seriya sabah da davam edəcəkmi?
- İdeal o olardı ki, bütün oyunlarda qalib gələk. Statistikalara önəm vermirəm. Ancaq istərdim ki, bu davam etsin. Oyuna qədər qrupun digər matçında qeydə alınacaq nəticəni biləcəyik. Əgər "Borussiya" qalib gəlsə, bizə əlavə motivasiya olacaq. Öz uğurumuzdan əlavə Dortmund təmsilçisi də qalib gəlməlidi. Biz də qalib gəlsək, bu,  çox yaxşı hadisə olar. Növbəti oyunda da qələbə qazanıb, mükəmməl uğura imza ata bilərik.

- 4-5 il bundan öncə Azərbaycan klublarının qrup mərhələsində oynayacağı xəyal görünürdü. Artıq bunu "Qəbələ" də bacardı. Maraqlıdı bu müddət ərzində nə qazandız, nəyi itirdiniz?
- İtirdiklərimiz sadəcə, xallardı. Biz daha çox xal qazana bilərdik. Böyük təcrübə qazandıq. Bu da komandanın inkişafına kömək etdi. Daha irəli getmək istərdik. "Qarabağ"a da uğurlar arzulayıram. Bu, Azərbaycan futbolunun reytinqini qaldırır. Qrupdan çıxmaq şansı son oyuna qalsa, bu, həyatımın ən böyük hadisəsi olar. Artıq bu vəziyyəti bir dəfə yaşamışam. Növbəti dəfə bu hissi sizinlə birlikdə yaşamaq istəyirəm.

- "Borussiya" ilə oyunda 3 mərkəz müdafiəçisinə şans vermişdiz. Sabah yenə eyni addımı atacaqsız?
- Üç mərkəz müdafiçisi ilə oynamaq variantlarımızdan biridi. "Borussiya" ilə oyunda seçimi belə etdik ki, yarımmüdafiənin cinahları güclü olsun.  Onlar həm müdafiə olunmalı, həm də hücuma qoşulmalıdır. Bu göstəricilərə isə cavab verən isə Dodo və Zenyovdu.

- Klublar arasındakı razılığa əsasən, Fakundo Pereyra müqavilə ilə məxsus olduğu PAOK-a qarşı oynamayacaq. Bu, planlarınızı pozurmu?
- Zədəli oyunçularımızın komandaya yeni qoşulduğunu nəzərə alsaq, Fakundo ciddi itkidi. Ancaq bu razılığa əməl etmək lazımdı.

- "Borussiya" qrupdan çıxmağı təmin etdiyi üçün "Krasnodar"a qarşı əsas heyətlə oynamayacaq. "Borussiya"nın yerində siz olsaydız, eyni addımı atardınız?
- Özünü "Borussiya"nın yerində təsəvvür etmək xoşdu. Futbolçuları bir-birindən ayırmıram. Ancaq az oynayan futbolçulara şans vermək olardı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right