"Tottenhem"in futbolçusu Kerian Tripper Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın həmin müsahibəni təqdim edir.
- İngiltərə Premyer Liqasında uzun müddətdir oynamırsan. Bir müddət fasilədən sonra meydana dönmək və oyuna köklənmək sənin üçün problem olmayacaq?
- Baş məşqçinin verdiyi şansı dəyərləndirməyə çalışacam. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
- Azərbaycana uzun bir səyahətdən sonra oynamaq necə təsir edəcək?
- Çoxdandır, bu oyuna adaptasiya olmuşam. Sabahkı oyunda ancaq qələbə qazanmağa çalışacağıq.
- “Tottenhem” növbəti mərhələyə keçsə, komandada yerini möhkəmlədə biləcəksənmi?
- İlk öncə növbəti mərhələyə keçməyi düşünürük.
- Bu il komandaya döndükdən sonra özünü necə hiss edirsən?
- Mən komandam üçün əlimdən gələni etmək istəyirəm. İstər Premyer Liqada, istərsə də Avropa Liqasında çalışıram ki, komandamla uğur qazanım.
- Avropa Liqasında özünüzü yaxşı tərəfdən göstərə biləcəyinizə inanırsınızmı?
- Biz bütün rəqibləri yüksək qiymətləndiririk. Hər oyunda qələbə qazanmaq üçün meydana çıxırıq.
- “Qarabağ” haqqında nə düşünürsən?
- Biz artıq onlara qarşı bir dəfə oynamışıq . Bilirik ki, əks hücumlarda təhlükəli komandadır. Topu özlərində çox yaxşı saxlayırlar.
- “Qarabağ”a qarşı necə hazırlaşmısınız?
- Biz bütün məşqlərimizdə 90 dəqiqə yaxşı futbol oynamaq üçün hazırlaşmışıq.