Sabah saat 22:00-da "Qarabağ" Respublika stadionunda "Tottenhem"i qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, "Monako"yla oyunda azarkeşlərə dövlət bayrağımızı ərməğan edən "Qarabağ" klubu bu dəfə də maraqlı aksiya keçirəcək. Komandamıza dəstək olmaq üçün stadiona gələcək azarkeşlər üçün tribunalara 30 min "Qarabağ" bayrağı düzüləcək. Bu barədə saytımıza açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisinin verdiyi başqa bir məlumata görə, bu gün saat 13:00-a qədər stadionun kassalarından 10 mindən çox bilet satılıb. Nurlan bəy sabaha qədər azarkeşlərin daha da fəalllaşacağına və hakimin start fiti səslənərlən tribunalarda boş yerin qalmayacağına inandığını bildirdi.
Xatırladaq ki, oyundan sonra azarkeşlərin öz evlərinə rahat gedə bilməsi üçün "Qarabağ" rəhbərliyi Bakı metropoliteni ilə danışıqlar aparıb və həmin gecə metro saat 1-ə qədər açıq olacaq.