"Qarabağa yenə qol vurmağa çalışacağam"-"Tottenhem"in hücumçusu

İngiltərənin "Tottenhem" klubunun koreyalı hücumçusu Son Hın Min Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Londonda keçirilən oyunda dubla imza atan futbolçu klub saytına açıqlamasında bunları söyləyib:

"Ev oyununda "Qarabağ"a qollar vurduğum üçün çox xoşbəxt idim. Onlar hesabı birinci açdılar. Amma biz sonradan buna cavab verdik və mən dubl etdim. Həmin oyunda atmosfer möhtəşəm idi. Kiçik stadionlarda oynamaq mənim xoşuma gəlir. Həmin oyun zamanı da tribunalar meydana çox yaxın idi və azarkeşlərin dəstəyini hiss edirdim. "Qarabağ"la səfər oyununa gəlincə, Bakıya çox uzun yol qət etməliyik. Rəqibin evdə yaxşı oynadığını bilirik. Mütləq qələbə qazanacağımıza söz verə bilmərəm, amma bunun üçün əlimizdən gələni edəcəyik. Asan olmasa da, yenə qol vurmağa çalışacağam. Hətta qol vura bilməsəm də, məhsuldar ötürmə etməyə cəhd göstərəcəyəm. Əsas odur ki, komandamız qələbə qazansın, kimin qol vurması önəmli deyil. Mən komandamız üçün oynayacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right