Bezotosnı PAOK-a qarşı oynaya bilər

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın əldə etdiyi məlumata görə, bölgə klubunun bu vacib oyunda əsas qapıçısı Dmitri Bezotosnının xidmətindən yararlana bilməsi istisna edilmir.

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"lə ev oyununda sıradan çıxan qolkiper artıq zədəsini sağaldıb. O, hazırda komanda ilə birgə məşq edir. Bu üzdən də təcrübəli qapıçının növbəti matçda meydana çıxması üçün heç bir problem qalmayıb.

Qeyd edək ki, PAOK - "Qəbələ" matçı noyabrın 26-dan 27-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right