"Tottenhem"in futbolçusu: Qarabağla oyun Çelsi ilə görüşdən daha önəmlidir

İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Erik Dayer Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Bizi qarşıda çox vacib və böyük oyun gözləyir. Bilirik ki, bu görüşdə qazanılacaq qələbə bizim qrupdan çıxmağımızı təmin edəcək. Ümumiyyətlə, bu həftə bizim iki həlledici oyunumuz var. Amma "Qarabağ"la qarşılaşma "Çelsi" ilə çempionat görüşündən daha vacibdir". (Daily Star)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right