Paçettino “Qarabağ”la matçdan öncə: “Bu məni narahat edir”

"Mən  buna gülərəm. Üç həftə öncə 6 gün ərzində 3 oyuna çıxdıq. Eyni hal yenidən təkrarlanacaq. 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Tottenhem”in baş məşqçisi Maurisio Paçettino deyib.
Komandasının sıx qrafikindən ghileylənən mütəxəssis Avropa Liqasının  qrup mərhələsinin V turunda "Qarabağ”la Bakıda baş tutacaq oyundan dərhal sonra Londona qayıtmalarının futbolçulara problem yaradacağını bildirib: "Sıx qrafikdə oynamaq bizə çətinlik yarada bilər. Bakıya 6 saat yol sərf edəcəyik. Daha sonra dərhal qayıtmalı və ya gecəni Bakıda keçirməliyik. İstənilən halda hər iki qərar bizə problem yaradacaq. Böyük ehtimalla oyundan dərhal sonra Londona qayıdacağıq. Məhz bundan sonra futbolçuları 1 günlük istirahətə buraxacağam.”

Qeyd edək ki, "Qarabağ” – "Tottenhem” oyunu noyabrın 26-da keçiriləcək.  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat  22:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right