Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Tottenhem" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov və ağdamlıların bir futbolçusu 17:30-da "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino isə 21:30-da Tofiq Bəhramov adıa Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq
"Qarabağ"ın açıq məşqi 18:00-da Suraxanıdakı bazada olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq.