Avropa Liqasının qrup mərhələsində noyabrın 26-da PAOK-un qonağı olacaq "Qəbələ" səfərə 1 gün əvvəl yollanacaq.
Newsport.az-ın əldə etdiyi məlumata görə, Qəbələ təmsilçisi çərşənbə günü səhər saat 11:00-da çarter reysiylə Yunanıstana gedəcək.
Komanda səfərə Qəbələdən yola düşəcək. "Qəbələ" Yunanıstanda "Hyatt Regence" otelində məskunlaşacaq.