Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ" səfərdə PAOK ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, artıq bu oyunun da hakim təyinatları açıqlanıb.
Belə ki, bu qarşılaşma danimarkalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Yakob Keletə Henrik Larsen və Lars Riks yardım edəcək. Mads-Kristoffer Kristoffersenlə Peter Kyaesqor-Andersen əlavə köməkçi hakimlər olacaqsa, Lars Hummelqor ehtiyat hakim funksiyasını daşıyacaq. Hakimlərinm işinə şotlandiya Uilyam Yanq qiymət verəcək. UEFA nümayəndəsi isə Belçikadan Kris Belyon olacaq.
Qeyd edək ki, noyabrın 26-da Salonikidəki "Tumba" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.