“Qarabağ” “Tottenhem”lə oyun üçün Metropolitenə müraciət etdi

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ" öz meydanında Londonun "Tottenhem"i qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu matçın gec saatlarda, yəni 22:00-da başlamasını nəzərə alaraq, stadiona gələn azarkeşlərə jest etmək niyyətindədi. 
Belə ki, klub Metropoliten İdarəsinə adıçəkilən qurumun oyun günü  gec bağlanması üçün müraciət edib. Belə də oyun başa çatdıqdan sonra azarkeşlərin metro nəqliyyatından yararlanması mümkün olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right