"Qarabağ" - "Tottenhem" matçından öncə bir dəqiqəlik sükut olmayacaq

Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar UEFA-nın qəbul etdiyi bir dəqiqəlik sükut qərarı "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı oyunlarına şamil olunmayacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə  AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
 
O, bildirib ki, qitə futbol qurumundan daxil olan məktubda bu qərarın yalnız 14 - 17 noyabrda keçiriləcək beynəlxalq oyunlara şamil olunduğu vurğulanıb: "Bu səbəbdən, Bakıda 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində son turun Ukrayna - Türkiyə və Azərbaycan - Bosniya və Herseqovina matçlarından öncə bir dəqiqəlik sükut oldu. Noyabrın 17-də isə Azərbaycan milli komandasının Moldova ilə yoldaşlıq görüşündə və 21 yaşadək yığma komandalar arasında Avropa çempionatının Azərbaycan - Rusiya qarşılaşmasından öncə eyni  hal baş verəcək".
Report
 
Qeyd edək ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilmiş terror aktı nəticəsində 120-dən çox insan həlak olub, 130-a yaxın şəxs yaralanıb.
 
"Qarabağ" noyabrın 26-da Bakıda İngiltərə "Tottenhem"i, "Qəbələ" isə Salonikidə Yunanıstan PAOK-u ilə üz-üzə gələcək. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right