Avropa Liqası: “Fənərbaxça” “Atletik”ə evdə uduzdu Yenilənib

Bu gün Avropa Liqasında Liqa mərhələsinin 6-cı turuna start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

Türkiyə “Fənərbaxça”sı evdə “Atletik”i qəbul edib. Görüş İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

"Fenerbahçe Şükrü Saraçoğlu" stadionunda oynanılacaq qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edib.

Beləliklə, 6 matçdan sonra turnir cədvəlində "Atletik" 16 xalla 1-ci, "Fənərbaxça" isə 8 xalla 15-cidir.

Turun digər oyunları sabah keçiriləcək.

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

11 dekabr

19:30. "Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) - 0:2

Qollar: İnaki Uilyams, 5, 45
Qırmızı vərəqə: Mert Müldür, 69 ("Fənərbaxça")
Baş hakim: İrfan Peliyto (Bosniyya və Herseqovina)

"Fenerbahçe Şükrü Saraçoğlu" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right