Jordan Veretu: "Qarabağ"ın heyətində çox təhlükəli və keyfiyyətli futbolçular var"

"Lion"un futbolçusu Jordan Veretu Avropa Liqası Liqa fazasının "Qarabağ"la keçiriləcək matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı fransalı yarımmüdafiəçi sabahkı oyunun çətin keçəcəyini bildirib:

"Qarabağ"ın heyətində çox təhlükəli və keyfiyyətli futbolçular var. Yaxşı hücumlar qurmağı bacarırlar. Rəqibin heyətində yer alan Yassin Benzia əvvəllər "Lion"da çıxış edib. Öz performansımi bərpa etməyə çalışıram. Müxtəlif mövqelərdə oynamağı bacarıram. Hər şey baş məşqçinin qərarından asılıdır. Qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Oyun çətin keçəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right