Yassin Benzia: "Qarabağ"ın adı xüsusi əhəmiyyət daşıyır"

"Əvvəllər oynadığım "Liona"a qarşı maraqlı olacaq. İndi isə "Qarabağ"ın üzvüyəm. Mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çox vacib oyundur".

Newsport.az-ın məlumatına görə, matçdan öncə Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia mətbuat konfransında iştirak edib.

- Əvvəl oynadığınız "Lion"la indiki arasında hansı fərqlər var? Sizcə, hansı komanda daha güclüdür?

- Çox böyük fərq var. Klub prezidentləri də dəyişib. Mən oynadığım zaman yüksək performans göstərirdik. Ancaq indiki "Lion" da çox yüksək səviyyəli komandadır.

- "Qarabağ"da oynamaq sizə hansı üstünlüklər verib?

- Bizim üçün "Qarabağ" sözünün mənası xüsusi əhəmiyyət daşıyır. Bu klubun formasını geyinmək, şərəfini qorumağa çalışırıq.

- Xüsusi deyəndə, nəyi nəzərdə tutursuz? Burada gördüyünüz yeniliklər haqda nə deyə bilərsiz?

- Biz hansısa kəşfiyyat məlumatları ilə məşğul deyilik. Baş məşqçimiz çox güclüdür. Mən xüsusi deyəndə müharibəyə görə "Qarabağ"ın Bakıda yerləşməsini nəzərdə tuturam. 

- "Lion"a qarşı oynayacaqsız. Necə hissdir? 
- Ən yaxşı şəkildə hazırlaşmışıq. "Qarabağ"ın adı xüsusi mahiyyət daşıyır deyə, sona qədər mübarizə aparacağıq. "Lion"u tərk etdikdən sonra sabiq komandama qarşı 3-4 dəfə çıxış etmişəm. 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right