"Qarabağ"ın futbolçusu Toral Bayramovun "Budo Qlimt"ə vurduğu qol Avropa Liqası Liqa fazasının 4-cü turunun ən yaxşısı seçilib.
Newsport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Toralın qolu UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuya əsasən qalib olub.
Qeyd edək ki, Toral Bayramov sorğuda Ayntraxt"dan Omar Marmuş, "Ludoqorets"dən Erik Markus və "Qalatasaray"dan Yunus Akgünü qabaqlayıb.