“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Bodo Qlimt” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:
“Bodo Qlimt” son vaxtlar qarşılaşdığımız ən intizamlı olan kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hər biri norveçlidir. Ümumiyyətlə göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər”.
Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.