"Matçdan qələbə ilə ayrılmaq istəyirdik. İlk hissədə qol vurmaq planlarımıza daxil idi.”
Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanaya məxsusdur. O, Avropa Liqasının qrup mərhələsinin IV turunda baş tutan "Qarabağ” – "Monako” (1-1) oyunundan sonra jurnalistlərə açıqlama verib.
İspaniyalı yarımmüdafiəçi nəticənin ədalətli olduğunu vurğulayıb: "İlk hissəni ütün qapamağımız sevindiricidir. İkinci hissədə əks hücumda yaxalanıb qapımızda qol gördük. Düşünürəm ki, nəticə oyuna görə oldu.”
Dani buraxılan qolda qapıçının səhvi olub-olmadığına da toxunub: "Mənim fikrimcə həmin epizodda rəqib futbolçu yaxşı mövqə seçmişdi. ”
10 nömrə komandasının qrupdakı şanslarını da dəyərləndirib: "Qarşıda bizi iki çətin oyun gözləyir. Bu oyunlardakı nəticə bizim üçün çox önəmli olacaq. Əgər hər iki oyunda qələbə qazansaq, bunu bacaracağıq.”