“Qarabağ”ın oyunu üçün biletin qiyməti 48 manat

Oktyabrın 16-da Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bodo-Qlimt”- “Qarabağ” klubları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, biletlərin qiyməti 300-550 Norveç kronu arasında dəyişir (təxminən 48-87 AZN).

"Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də Budedəki “Aspmyura” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Hazırda Norveç təmsilçisi Avropa Liqasının turnir cədvəlində 14-cü (4 xal), “Qarabağ” isə 34-cü yerdədir (0 xal)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right