“Borussiya” - ”Qəbələ” oyununun gedişində maraqlı bir epizod yaşanıb. "Siqnal İduna Park" stadionunda keçirilən matçda Ermənistan bayrağı asılıb.
Newsport.az-ın məlumatına görə, çox ehtimal ki, bunu erməni fanatlar ev sahibi komandada çıxış edən həmyerliləri Henrix Mxitaryana dəstək və təmsilçimizi qıcıqlandırmaq üçün açıblar. Az sonra düşmən ölkənin bayraşı yığışdırılıb, bununla da, almanlar ermənilərin arzusunu ürəyində qoyublar.
“Borussiya”nın formasını geyinən Henrix Mxitaryan bununla bağlı danışıb: "Stadionda Ermənistan bayrağının açılması ilk dəfə deyil. Bundesliqada da belə olur. Çox sayda erməni "Borussiya"nın oyunlarına gəlir. Yəni ki, bu gün stadionda gördüyünüz bayraq Azərbaycan bayrağına qarşı oynamağımıza görə tribunadan asılmamışdı. Düzdü, məni dəstəkləməyə gələn ermənilər var idi. Onlar sırf mənim üçün burdaydılar, dəstəkləyirdilər. Gəlməmişdilər ki, Azərbaycan klubunun məğlub olmasına sevinsinlər".
Sportinfo.az