Roman Qriqorçuk: "Düşünməyin ki, sabah çıxıb müdafiə olunacağıq"

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” Dortmundda “Borussiya”nın qonağı olacaq. 

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk bu gün oyunqabağı mətbuat konfransına çıxıb:

- Rəşad Sadiqovun burda olduğunu nəzərə alsaq, “Borussiya”dan əsas təhlükəni mərkəzdən gözləmək olarmı?

- Rəşadın burada olmağının elə mənası yoxdu. Sadəcə, burada olmalı idi.  

- Futboloda totemə və ya hansısa talismanlara inanırsınızmı?

- Biz çalışırıq ki, daim çalışıb, uğur qazanaq. Gizlətməli bir şey yoxdu, bəzən belə anlar olur. Mən həyatda Allaha inan adamam. Həyatda düzgün yaşayıb, heç kimə pislik etmək olmaz.

- Komanda çempionatda son oyunlarda elə də yaxşı nəticələr göstərməyib. Futbolçuların psixoloji durumu necədi?

- 9 xaldan 7-ni itirdik. Həmin oyunlarda yaxşı oynamışdıq. Yalnız hücumda son nöqtəni qopya bilmirdik. Sabahkı oyun bizim üçün bayramdı . Çünki özümüzə inanırıq. 

- Hər oyuna bayram kimi baxmaqla, sizə elçə gəlmirmi ki, şişirdirsiniz? Oyunlara sadə yanaşmaq olmazmı?

- Bayram deməklə heç də pislik görməmişik. Əvvəlki ev oyunlarında bu sözü təkrarlayıb yaxşı oynamışdıq. “Borussiya” ilə oyunda qalib gələ bilərdik sözünü dilimə gətirə bilmərəm. Həmin oyunda şanslardan istifadə edə bilmədik. Hər oyunda yaxşı oynamağı istərdik. İstərdim futbolçularımız da belə düşünsün. İstərdim ki, sabah ən yaxşı oyununu nümayiş etdirə bilsin. 

- Dodo və Rafael Santosun durumu necədi? Sabah komandaya kömək edə biləcəklərmi?

- Onlar hazırdı və meydana çıxa biləcəklər. Heyəti müəyyənləşdirmişəm amma açıqlamayacam. 

- Obameyanqı saxlamaq üçün hansısa addımlar atmısınızmı?

- Obemyanq unikal futbolçudu. Hansı ki, belə futbolçu haqqında idman elmi maraqlanmalıdı. Çox cəld və sürətli futbolçudu. Ona qarşı oynamaq çətin olacaq. Bacardığımızı etməyə çalışacağıq. 

- Bu cur çətin rəqiblərlə görüşdə həlledici nələr olur? 

Düşünürəm ki, belə otunlarda ən önənli məsələ taktiki məsələlərdi. Rəqibin hücumunu neytrallaşdırmaqdı. Ancaq düşünməyin ki, sabah çıxıb müdafiə olunacağıq. Biz yenə hücum edəcəyik. Biz bu cür komadnalra qarşı müdafiə olunub nəticə də əldə edə bilmərik.
- Əvvəlcə mərhələ adlayandan sonra mətbuat konfransina "ponama" ilə gəldiz. Sabah necə, uğurlu nəticə olsa hansısa sürpriz düşünürsüz?

- Bu cür sürprizlər ola bilər. Amma bu hansısa mərhələ ola bilər. Amma hansısa oyundan sonra, qrupdakı vəziyyətimiz bəlli deyilsə belə bir şeyi etməyin önəmi yoxdu. Mərhələ adlasaq nəsə düşünmək olar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right