Əl-Şaaravi: "Qarabağ" qələbə qazana bilər"

Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ" "Monako" ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, oyundan bir gün öncə, bu gün qonaqların da oyunöncəsi mətbuat konfransı keçirilib.
 
"Monako"nun futbolçularından Stefan Əl-Şaaravi konfransda iştirak edib. İtaliya millisinin heyətində də Bakıda oynamış futbolçu jurnalistlərin suallarını cavablandırıb.
 
- Artıq ikinci dəfədir Bakıya gəlmisiniz. Komandada yüksək ab-havanın hökm sürdüyü hiss olunur. Sabahkı oyunda qeydə alınacaq bərabərlik sizə necə təsir edəcək? 
- Biz İtaliya millisi ilə Bakıda möhtəşəm qələbə qazanmışıq. "Qarabağ”la oyuna da yaxşı hazırlaşmışıq. Güclü komandaya qarşı oyanayacağıq. Qələbə qazanmağa çalışacağıq. 
 
- "Qarabağ” haqqında fikirləriniz necədir? 
- "Qarabağ” azarkeşlərinin hesabına qələbə qazana bilər. "Qarabağ” Fransada baş tutan ilk oyunun ilk hissəsində çox yaxşı oynamışdı. Hətta hesabda olmasa da, oyun baxımından bizə qalib gəldiklərini deyə bilərəm. Biz istənilən halda gücümüzü ortaya qoyub, yaxşı oyun sərgiləməyə çalışacağıq. 
 
- Səhər Bakı bulvarında şəkilləriniz yayılmışdı. Bakıda nəyi bəyəndiniz?
- Bizim şəhəri gəzməyə çox vaxtımız olmadı. Bakı yaxşı şəhərdir. Amma biz bura gəzməyə yox, futbol oynamağa gəlmişik. 
 
- İtaliya millisinin heyətində "Qarabağ”ın futbolçuları Maksim Medvedev, Rəşad Sadıqov və Bədavi Hüseynova qarşı oynamısan. Onlara qarşı oynamaq nə qədər çətindir? 
- Sadaladığınız futbolçular yaxşı oyunçulardı. Amma isənilən klub komanda oyunu oynayır. Onların yaxşı futbol oynadığını və sabahkı oyunu düşündüklərini fikirləşirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right