“Rəqibin əsasən orta xətt oyunçuları güclüdür. Sabahkı oyunda da dəyişiklik olacağını gözləmirəm”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Monako”nun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirilən oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
-Fransada baş tutan ilk oyunda "Qarabağ” daha çox topa nəzarət etmişdi. Bunu nəzərə alıb, "Qarabağ”a qarşı hansı sistemdə oynayacaqsınız?
-İlk oyunda gördüyünüz kimi, "Qarabağ”ın mərkəz xəttinin daha yaxşı oynadığını görmüşük.Sistemimiz dəyişməyəcək.
-Əgər bukmeker kontorunda pul qoysanız hansı komandanın qələbəsinə yatırım edərsiniz?
-Hər iki komandanın qələbəsinə pul qoyaram. Düşünürəm ki, hər iki komanda baxımlı futbol oynayacaq.
-Fikirlərinizdən belə hiss olunur ki, "Qarabağ”dan ehtiyyat edirsiniz...
-"Qarabağ”ın oyunlarını izləmişəm. "Qarabağ” güclü komandadır. Biz sabahkı oyunda qələbə qazanmaq üçün döyüşəcəyik.