Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ” sabah Tofiq Bəhramov adına Respulika Stadionunda Fransanın "Monako” klubunu qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, oyundan bir gün öncə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Qurbanov konfransda oyun haqqında fikirlərini bildirərək jurnalistlərin suallarını cavablandırıb:
"Bəzən beklə oyun yaxınlaşdıqca həm şad oluruq, həm də narahat oluruq. Rəqibə qarşı ciddi hazırlaşımışıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Rəqibi tanıyırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Oyuna hazırıq. Müəyyən çatışmamazlıqları sabaha qədər həll etməyə çalışacağıq.”
-Qurban bəy adətən 4-3-2-1 sxemindən istifadə edirsiniz. Amma hazırda Reynaldonun yoxluğu sizə problem yarada bilər. Sabah oyun üslubunuzda dəyişiklik olacaqmı?
-Bəli, düz vurğuladınız. Reynaldonun yoxluğu bizim üçün çətinlik törədə bilər. Amma inanmıram ki, oyun üslubumuzda dəyişiklik olsun. Bəzi dəyişikliklərim olacaq ki, bu barədə sabah qərar verəcəyəm.
- Nəzərə alsaq ki,sabahki oyun qrupdan çıxmaq üçün çox önəmlidi.Bununla əlaqədər komandada psixoloji gərginlik varmı?
- Psioxoloji çətinlik hər zaman olur. “Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu oyunun məsuliyyətini dərk edir. Belə oyunlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Buna şad olmalıyıq.
-Heyət baxımından rəqibə hansı sürpriz hazırlamısınız?
-Sürpriz deməzdim. Ən yaxşı formada olan futbolçularımız meydanda olacaq. Bəzi dəyişikliklərimiz olacaq.
-Vüqar Mustafayev Azərbaycan Premyer Liqasının son turunda gözəl qol vurmuşdu. Bunu nəzərə alsaq Vüqarı meydanda görə biləcəyikmi?
-Bu suala cavab verə bilmərəm. Sabah hər şeyə aydınlıq gələcək.
-Oyunöncəsi son məşqinizi Suraxanıda edəcəksiniz. Bunun səbəbi nədir?
-Stadionunun qazonundan ehtiyat edirik. Amma qarşıdakı oyunlarda məşqimizi Respublika stadionunda edəcəyik. Hazırda Respublika stadionunun durumu yaxşıdır. Uzun müddətdir ki, bu stadionda belə qazon görmürdük.
-Azərbaycan komandaları bu anadək Fransa klubları üzərində qələbə qazanmayıb. Bu statistika komandaya mənfi təsir etməyəcək?
-Düşünmürəm ki, statistikanın bizə təsiri olacaq. Biz öz oyunumuzu oynamağa çalışacağıq. Ümumiyyətlə nəinki Fransaistənilən ölkə klublarını məğlub etməyə çalışırıq. Əfsuslar olsun ki, bu bəzən alınmır. Amma biz hər şeyin ən yaxşısı üçün çalışırıq.