Avropa Liqasının qrup mərhələsində dördüncü turunda noyabrın 5-i səfərdə "Borussiya" (Dortmund) ilə qarşılaşacaq "Qəbələ" Almaniyaya çatıb.
Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar" sabah qarşılaşmanın keçiriləcəyi "Signal İduna Park" stadionunda məşq edəcək.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" oyunu noyabrın 5-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.