Noyabrın 5-də Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunları keçiriləcək.
Newsport.az saytının məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın "Monako” klubunu qəbul edəcək.
Əldə etdiyimiz məlumata görə, "knyazlıq klubu” bu gün saat 22:00-da paytaxtımıza çatacaq. Fransızların Bakının mərhəzində yerləşən otellərin birində məskunlaşacaqlar. "Knyazlıq klubu” "Azneft” meydanı yaxınlığında yerləşən "Four Seasons” otelində məskunlaşacaq.
"Monako"nun Bakıya gələcək heyəti müəyyənləşib.
Qapıçılar: Daniel Subaşiç, Pol Nardi, Loik Badyasil
Müdafiəçilər: Rikardo Karvalyo, Elderson, Fabinyo, Kevin Ndoram, Andrea Raci, Almami Ture, Uollas
Yarımmüdafiəçilər: Yohan Andzuana, İvan Kavaleyru, Bernardo Silva, Conatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan
Hücumçular: Qvido Karrilyo, Stefan Əl-Şaaravi, Lasina Traore