“Qarabağ” – “Monako” oyununa 1 manatlıq bilet qalmadı!

Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Monako” oyununa maraqı normal səviyyədə adlandırmaq olar.

Newsport.az saytının məlumatına görə, satışa çıxarılan biletlərin 5000-i 1 gün ərzində satılıb. 
Bu məlumatı saytımızın əməkdaşına Tofiq Bəhrəmov adına Respublika stadionunun kassasının işçiləri verib.  İşçilər həmçinin satışa çıxarılan bir manatlıq biletlərin tükəndiyini nəzərimizə çatdrıb. Onlar artıq 1 manatlıq biletlər qalmadığını vurğulayıb.
Sevindirici məqam da var. Belə ki, əməkdaşımızın kassları "təftiş” etdiyi dövrdə stadionun ətrafında heç bir "qara bazar” işartısı görünməyib. 
 

Qeyd edək ki, "Qarabağ” – "Monako” oyunun  biletləri 1,2,3,5,10 və 20 AZN-dir.  VİP 50 AZN məbləğindədir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right