“Monako”nun baş məşqçisinin mətbuat konfransının vaxtı bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ”ın qonağı olacaq "Monako”nun Bakıya gələcəyi tarix bəlli olub.
Newsport.az-ın məlumatına görə, "knyazlıq klubu” sabah paytaxtımıza təşrif buyuracaq. 
"Knyazlıq klubu” sabah Bakı vaxtı ilə saat 17:00-da Bakıya yola düşəcək. Komanda axşam 22:00-da Bakıda olacaq. 
 
Bu arada "Monako”nun baş məşqçisi Leonardo Jardimin oyundan öncə keçirəcəyi mətbuat konfransının vaxtı bəlli olub. Əldə etdiyimiz məlumata görə, Jardimin mətbuat konfransı noyabrın 4-ü saat 17:45-də başlayacaq. 
Qeyd edək ki, "Qarabağ” – "Monako” oyunu noyabrın 5-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right