Avropa Liqasının qrup məhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Monako” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Newsport.az-ın “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından ala bilərlər.
Biletlər nömrəli sektorlar üzrə 1,2,3,5,10 və 20, VİP üçün isə 50 AZN-dir. "Anderlext"lə II turun ev oyunu ilə müqayisədə qiymətlərdə endirim baş verib.
“Qarabağ“ klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə alsınlar.