Avropa Liqasında mübarizə aparan təmsilçimiz "Qarabağ” noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın "Monako” klubunu qəbul edəcək.
Newsport.az saytının məlumatına görə, sözügedən oyunun biletləri artıq satışa çıxarılıb. Belə ki, qarşılaşmanın biletləri 10:00-dan etibarən Respulika Stadionun kassalarında satışa çıxarılıb.
Qeyd edək ki, biletlərin qiyməti 1,2,3,5,10 və 20 AZN-dir. VİP 50 AZN-dir.