Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qəbələ” səfərdə "Borussiya” ilə qarşılaşacaq.
Newsport.az əyalət klubunun Almaniya səfərinin müəyyən detallarını öyrənib.
Belə ki, əldə etdiyimiz məlumata görə, Bakını tərk edəcək "qırmızı-qaralar” Dortmunda getməyəcək. "Qəbələ” bu şəhərin qonşuluğunda olan Boxuma yollanacaq. Bu şəhərdə 4 ulduzlu "Renaissance Bochum Hotel”də məskunlaşacaq.