“Borussiya” – “Qəbələ” oyunu üçün nə qədər billet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qəbələ" səfərdə "Borussiya” ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, Dortmundda keçiriləcək oyuna maraq böyükdür. 
Belə ki, oyun üçün satışa çıxarılan biletlərin 78 faizi artıq yiyəsini tapıb. Daha dəqiq desək, 65 766 azarkeş tutumuna malik "Siqnal İduna Park"da keçiriləcək qarşılaşma üçün artıq 50 minə yaxın billet satılıb. Hazırda matça bir həftədən də çox vaxt qalsa da, cəmi 15 minə yaxın bilet satılmayıb. Həmin biletlərin qiyməti isə sektorlardan asılı olaraq 18,50 avrodan 78,20 avroya qədərdir.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də Dortmundda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right