"Qarabağ"la "Qəbələ"ni məğlub etdilər rəmzi yığmaya düşdülər FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun rəmzi komandası müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, siyahıdakı "11-lik”də iki tanış sima da diqqət çəkir. 
 
Belə ki, Jeremi Tulalan "Monako”nun heyətində "Qarabağ”a, Pyer-Emerik Obameyanq isə "Borussiya” ilə "Qəbələ”yə qarşı oynayıb.
 
Turun rəmzi yığması aşağıdakı kimidir:
Qapıçı: Marvin Hits ("Auqsburq”)
Müdafiəçilər: Gökhan Gönül ("Fənərbaxça”), Erik Baili ("Vilyarreal”), Leo Lakroiks ("Syon”)
Yarımmüdafiəçilər: Stefan Hofmann ("Rapid”), Jeremi Tulalan ("Monako”), Benyat Eçebarriya ("Atletik”), Mateu Pereyra ("Sportinq”)
Hücumçular: Pyer-Emerik Obameyanq ("Borussiya” D), Manolo Qabbiadini ("Napoli”), Luiş Leal ("Belenenseş”)
 
Qeyd edək ki, turun ən yaxşı oyunçusu səslərin 88 faizini toplayan "Fənərbaxça”lı Gökhan Gönül olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right