Avropa Liqasının qrup mərhələsinin III turuna yekun vurulub.
Newsport.az-ın məlumatına görə saytının məlumatına görə, ölkəmizi sözügedən turnirdə təmsil edən "Qəbələ” və "Qarabağ” növbəti oyunlarını keçiriblər. "Qəbələ” doğma meydanında "Borussiya”ya, "Qarabağ” isə səfərdə "Monako”ya məğlub olub.
Belə ki, sözügedən məğlubiyyətlər təmsilçilərimizin UEFA reytinqində geriləmlərinə səbəb olub. "Qarabağ” məğlubiyyətə görə, 6 pillə geriləyib və 135-ci pilləyə yuvarlanıb. "Qəbələ” isə məğlubiyyətə rəğmən 254-cü pillədə qərarlaşıb.