"Etiraf etməliyəm ki, oyuna çox pis başladıq. Qarşılaşmanın ilk əvvəli bizim üçün sürpriz oldu.”
Futbol11.az saytının məlumatına görə, bu sözlər Almaniyanın "Borussiya” klubunun futbolçusu Sven Benderə məxsusdur.
Almaniyalı oyunçu Newsport.az saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin III turunda "Qəbələ”yə qalib gəldikləri (3-1) oyundan sonra fikirlərini bildirib:
"Matçın ilk 15 dəqiqəsində "Qəbələ” çox yaxşı futbol oynadı. 3-4 epizodda hesabı açmağa yaxın oldular. Hətta bir topu müdafiəçimiz qapıdan çıxartdı. Yaxşı ki, toparlanıb üstünlüyü ələ almağı bacardıq. Biz "Qəbələ”dən belə oyun gözləmirdik. Düşünürdük ki, müdafiədə oturub bizi əks hücumda yaxalayacaqlar.”
Almaniyalı futbolçu 2 həftə sonra Dortmundda baş tutacaq cavab oyunu barədə də, danışıb:
"Biz yaxın günlərdə yenidən qarşı-qarşıya gələcəyik. Bizim məqsədimiz eynidir. Doğma meydanımızda da, bunun üçün oynayacağıq. Azarkeşlərimizin də, tələbi budur.”