“Qələbəyə layiq idik” -“Monanko”nun baş məşqçisi

"Gərgin oyun  keçdi. Rəqib bizə qarşı tam gücü ilə oynayırdı. Fikrimcə baxımlı oyunun şahidi olduq.”
 
Newsport.az-ın məlumatına görə, bu sözlər Fransanın "Monako” klubunun baş məşqçisi Leonardo Jardimə məxsusdur. Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ”la oyundan sonra baş tutan mətbuat konfransında "Monako”nun baş məşqçisi bu fikirlərə yer verib:
 
"Həqiqətən də,çox gərgin oyun oldu. Rəqib bizə qarşı tam gücü ilə oynayırdı.  İlk hissədə yaxşı futbol oynamağı bacarmadıq. İkinci hissədə isə toparlanmağı bacarmışdıq. Layiqli, gərgin və baxımlı futbolun şahidi olduq.” Düşünürəm ki, qələbə qazanmağa layiq idik.”
 
jardim bəzi futbolçuların zəif oyunu barədə fikir bildirib:
 
Bəzi oyunçular gözləniləndən aşağı səviyyədə çıxış etdilər. Həmin futbolçulara Bernardo Silvanı misal göstərə bilərəm. Bernardo ötən ilki səviyyəsindən qat-qat aşağı futbol oynayır. İnanıram ki, qarşıdakı oyunlarda potensialını ortaya qoya biləcək. Əgər futbolçuların ən yaxşısını dəyərləndirirəmsə qolumuzun müəllifi Traoredən danışmalıyam.  Komandamızın ən yaşılarından biri o idi.”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right