"Zirə" ən ciddi rəqiblərdən biridir" - "Şerif"in baş məşqçisi

"Avropa Liqasında zəif komanda olmur. Azərbaycanın “Zirə” klubu püşkatmada bizə düşən ən ciddi rəqiblərdən biridir".

Newsport.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Moldova "Şerif"inin baş məşqçisi Yuri Qura yerli mətbuata açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, “Zirə” çox mütəşəkkil komandadır, öz çempionatında az qol vurur, eyni zamanda, az qol buraxır. "Rəqib haqqında daha ətraflı məlumat toplayacağıq", - deyə Qura əlavə edib.

"Şerif"in çalışdırıcısı daha sonra deyib: “Hazırda səfərdə vurulan qollar heç bir rol oynamır. Başqa sözlə, ilk oyunu harada keçirməyimizi nəzərə alsaq, müsbət və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdur".

Qeyd edək ki, “Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right