2 milli, 2 legioner futbolçu üçün yubiley

Avropa Liqasının qrup mərhələsinin III turu iki futbolçumuz üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, klublarımızın heyətində avrokuboklarda ən çox oyun keçirən 10 futbolçu arasında yer alan millimizin üzvləri Rəşad Sadiqovla Qara Qarayev yubiley oyununa çıxıb.
 
"Qəbələ”nin Almaniya təmsilçisi "Borussiya” (Dortmund) ilə oyununda (1:3) 55-ci avrokubok matçını keçirən Sadiqov 2-ci pillədədi. "Qarabağ”ın Fransa "Monako”suna uduzduğu (0:1) qarşılaşma isə Qara üçün 35-ci olub. O, Georgi Adamiyanın göstəricisini təkrarlayaraq, 7-ci yerə şərik olub.
 
"Onluq”da yer alanlardan Rəşad Sadıqov 63, Ansi Aqolli və Maksim Medvedev 41-ci dəfə qitə miqyaslı turnirdə çıxış edib.
 
Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox oyun keçirən futbolçular: 1. Rəşad Sadıqov - 63 2. Rəşad Sadiqov - 55 3-4. Ansi Aqolli, Maksim Medvedev - 41 5-6. Vüqar Nadirov, Namiq Yusifov - 36 7-8. Georgi Adamiya, Qara Qarayev - 35 9. Admir Teli - 33 10. Mahmud Qurbanov - 29

Onu da qeyd edək ki, "Qəbələ"nin 2 legioneri də yubiley qeyd edib. Rəşadın komanda yoldaşlarından Voyislav Stankoviç 30-cu, Dmitri Bezotosnı isə 25-ci avrokubok matçını "Borussiya”ya qarşı keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right