Avropa Liqasının qrup mərhələsinin III turunda "Qəbələ”nin qonağı olan "Borussiya” rəqibini 3-1 hesabı ilə məğlub edib. Təbii matçın qəhrəmanı "Borussiya”nın forvardı Pyer-Emerik Obameyanq olub. "Qəbələ”nin qapısına 3 qol vuran futbolçu komandasının qələbəsinin memarı olub.
Newsport.az saytının məlumatına görə, forvard Bakıda 3 qol vurduğu topu özü ilə birgə aparıb. O, bu barədə şəxsi "twitter” səhifəsində məlumat verib.