Avropa Liqasında mübarizə aparan "Qəbələ” bu gün "Bakcell Arena”da Dortmund "Borussiya”sını qəbul edəcək.
Newsport.az saytının məlumatına görə, artıq stadionda hazırlıq işləri yekunlaşmaq üzrədir. Belə ki,hazırda oturacaqların yanına qırmızı və qara rəngi əks etdirən kiçik plakatlar düzülüb. Belə ki, bir sektor oturacaqların yanına qara, diqərinin yanına isə qırmızı rəngdə kiçik həcmli plakatlar qoyulub. Azarkeşlərin bir sektorda qırmızı digərində isə qara rəngli plakatlar qaldırması tribunalarda "Qəbələ”nin rənglərini əks etdirəcək.
Qeyd edək ki, "Qəbələ” – "Borussiya” oyunu 20:00-da başlayacaq.