Avropa Liqasının qrup oyunlarının III turunda "Qarabağ”ı qəbul edəcək "Monako”nun heyətində preoblemlər var.
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, "knyazlıq klubunun” 8 zədəli futbolçusundan 3-ü artıq kolletktivlə məşqlərə start verib. Belə ki, zədəlilər Andrea Racci, Rikardo Karvalyo və Nabil Dirar komanda ilə hazırlıq prosesində iştirak edib.
Lakin komandanın heyətindəki itkilər bununla bitmir. Aparıcı oyunçu Fabio Koentrao başda olmaqla Kosta, Bahluli və Traore "Qarabağ”la matçı buraxacaqlar. Futbolçuların nə vaxt sıraya dönəcəyi bəlli deyil.
Qeyd edək ki, "Monako” – "Qarabağ” oyunu 22:00-da başlayacaq.