“Qəbələ” – “Borussiya” matçına nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu gün keçiriləcək "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya) matçına bilet satışı davam edir.

Klub bu görüş üçün 8000 bilet satışa çıxarıbmış.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Newsport.az-a verdiyi məlumata görə,Artıq həmin biletlərin 7 mini satılıb. Yerdə cəmi 1000 bilet qalıb. Amma oyun saatına qədər onların da satılması gözlənilir.

Qalan yerlər VİP qonaqlar və jurnalistlər üçün ayrılıb. Daha bir sektoru isə qonaq komandanın 600-ə yaxın azarkeşi tutacaq.

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı bu gün "Bakcell Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right